Qiymətlər qalxır, pensiyaçıları düşünməliyik - Millət vəkili

Qiymətlər qalxır, pensiyaçıları düşünməliyik - Millət vəkili

Qiymətlər qalxır, qazın qiyməti də qalxıb.

Axar.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb:

"Qiymətlər qalxır, qazın qiyməti də qalxıb. Çalışırıq, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.
Xəbər 1080 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR