Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, həmçinin nazirliyin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının 29, 30 və 31 oktyabr tarixlərində keçirilən diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində keçirilən diaqnostik qiymətləndirmənin nəticələri aidiyyəti üzrə bütün məktəblərə göndərilib.
Qeyd edək ki, Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirmədəTəhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2403 nəfər müəllimin iştirakı nəzərdə tutulmuşdu. Onların 2003 nəfəri Azərbaycan, 400 nəfəri rus bölməsində tədris aparan müəllimlərdir.