Qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli rəhbərlərin, iqtisadçıların, tənzimləyicilərin və dövlət qulluqçularının iştirakı ilə “The Economist Events” tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Sammiti keçirilib. Bu sammit keçid iqtisadiyyatı olan dövlətin qarşısında duran əsas perspektiv, imkanlar və çağırışları müzakirə etmək üçün Bakıda dünyanın aparıcı idarəçi və iqtisadçılarını bir araya gətirib. “The Economist” jurnalının redaktoru Con Endryusun (John Andrews) sədrliyi altında keçən müzakirələrdə telekommunaksiya,bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edib. Forumda Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı, Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması,İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması, Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyalarınrolu kimi mövzularda çıxışlar edilib.
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC-nin
Prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev də forumda panel müzakirələrdə iştirak edib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları nazirliyi tərəfindən rəsmi olaraq foruma dəvət alan Vahid Mürsəliyev "Dönüş nöqtəsi: Azərbaycanı Texnologiyalarla İrəli Aparan Gələcək" mövzusunda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Əziz Bayramov, SINAM şirkətinin prezidenti Elçin Əliyev və Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi və sədri Reyhan Hüseynova ilə müzakirələrə qatılıb.
Qeyd edək ki, Azercell hər zaman ölkənin telekommunikasiya sektoruna bir parçası olduğu TeliaSonera şirkətlər qrupunun ən qabaqcıl texnoloji nailiyyətlərini gətirmiş olub. 2012-ci ildə ölkədə ilk dəfə 4G texnologiyasını istifadəyə verən Azercell İKT sahəsində innovati layihələri dəstəkləyərək özünün Barama mərkəzində onların reallaşmasına şərait yaradır. Məlumat üçün bildirək ki, Azercell 2014-cü il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 57 milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda davam edir.
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.