Türkiyədə dövlət çevrilişinə cəhddən sonra təxminən 11 min vətəndaşın pasportu ləğv olunub.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli NTV telekanalına ölkənin daxili işlər naziri Efkan Ala bildirib.
“Bu gün Türkiyə hökuməti dövlət çevrilişi cəhdindən sonra 10 856 nəfərin pasportunu ləğv edib”, - ölkənin DİN rəhbəri deyib.
Qeyd edək ki, iyulun 18-də türkiyəli məmurlara ölkəni tərk etməyə qadağa qoyulub. Həmçinin xüsusi göstərişlərə qədər dövlət işçilərinin məzuniyyətə buraxılması da dayandırılıb.