Türkiyənin Baş Qərargahında qiyama qatılmadıqları üçün bir çox əsgərin əlləri bağlı saxlanılıb.
Aktual.az lent.az-a istinadən bildirir ki, onlar bağlı qapı arxasında saxlanılıblar. Agentlik bildirir ki, artıq bu hərbiçilər səhər saatlarında azad olunublar.
Bəzi zabitlər, bir qrup rütbəli hərbiçilər isə təslim olub.