15 iyul hərbi çevrilişə cəhdin aparıcı simalarından olan ordu generalı Akın Öztürklə bağlı yeni faktlar ortaya çıxıb.
Aktual.az axar.az-a istinadən bildirir ki, qiyamçı generalın qonşusu M.S. adlı şəxs Akın Öztürkün dəfələrlə hakim, prokuror və yüksək rütbəli zabitlərlə görüşlər keçirdiyini deyib.
O, generalın 4 mərtəbəli evdə polis rəisləri ilə tez-tez görüşdüyünü və bu evdə əhəmiyyətli sənədlərin olacağını deyib.
Qonşusunun ifadəsindən sonra polis Akın Öztürkün NATO Komandanlığından 2 kilometr aralıda yerləşən evində axtarışlara başlayıb və məxfi sənədlər ələ keçirib.