Tacikistanda qiyan qaldıran müdafiə nazirinin keçmiş müavini general-mayor Əbdüxəlim Nazarov təslim olub.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər nazirliyi məlumat yayıb.
Generalın qəflətən təslim olmasının səbəbi isə bəlli deyil.
Qeyd edək ki, sentyabrın 4-də Əbdüxəlim Nazarov müdafiə nazirinin müavini vəzifəsindən azad edilib. Bundan sonra isə onun rəhbərliyi altında desant-hücum batalyonu Düşənbə və Vaxdate şəhərlərində hücumlar təşkil edib.