Qışda mənzilinizdə donursunuz? Neçə ki, istilik sistemi düzgün qurulmayıb, belə də olacaq. Amma təlaşa ehtiyac yoxdur. Sadəcə, mənzilinizdə temperaturun neçə dərəcə olmağını bilsəniz, problem həll olacaq.
Publika.az xarici mətbuata istinadən qışda temperaturu müəyyən etməyin yollarını təqdim edir:
Mənzildəki temperaturu sadəcə, "soyuq” və ya "isti”dir deyə ayırmaq asandır, əsas məsələ mənzildəki temperaturun mövsümə uyğun olduğunu müəyyən etməkdir.
Bizim hər birimiz fərqliyik və hər kəsin özünün ideal temperatur rejimi var. Ona görə də qışda otaqda ideal temperaturun neçə dərəcə olması, hansı dərəcədə isti çaya və yun corablara ehtiyac duyulduğu tam bilinmir. Bu səbəbdən biz ümumi normaları təqdim edəcəyik.
Bu normalara görə, qışda otaqlarda temperatur belə tənzimlənməlidir:
Adi otaqlar üçün +18 dərəcə;
Künc otaqları üçün +20 dərəcə;
Hamam otaqları üçün +25 dərəcə;
radiatorun özünün temperaturu +35 dərəcədir ki, bu da maksimumdur.
"Adi otaqlar" adı altında əsasən istirahət və yatmaq üçün nəzərdə tutulmuş yerlər nəzərdə tutulur. Aşağı temperatur rahat yatmaq və yüksək əhval imkanı yaradır.
Bu rəqəmlərə baxmayaraq, qışda mənzildə temperaturun necə müəyyən edilməsində bəzi məqamlar nəzərə alınmalıdır. Yataq otağında +18 dərəcə kifayətdirsə, qonaq və uşaqların rahatlığı üçün +21-22 dərəcə temperatur lazımdır. Evdə yeni doğulmuş uşaq varsa, dərəcə +24-ə qədər yüksələ bilər. Mətbəxdə isə temperatur nəfəslik, şkaf, mikrodalğalı sobanın işinə uyğun müəyyən edilir. Başqa sözlə, bu otaqda temperaturu aşağı salmaq lazımdır.
Normativlərə görə, temperatur normadan 4 dərəcə yüksək, 3 dərəcə aşağı ola bilər. Gecələr isə temperatur bir az yüksək ola bilər. Ancaq bütün bunlara baxmayaraq, qışda mənzildə temperaturun necə olması barədə suala dəqiq cavab vermək çətindir. Normativlərə görə, istilik sistemi ay ərzində 24 və ya 16 saat söndürülə bilər.
Aktual.az
Xəbər 10483 dəfə oxunub.