Qış aylarında mövsümü olmayan kənd təsərrüfat məhsullarından qorunmaq lazımdır.
Aktual.az aznews.az-a istinadən xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu məhsullar süni yolla yetişdirildiyindən mənşəyi məlum olmayan xəstəliklər yarada bilər: "Əsasən pomidor, xiyar, yemiş və bu kimi yayda yetişən meyvə-tərəvəzdən uzaq olmaq lazımdır. Qış aylarında satışda olan yay kənd təsərrüfat məhsulları istixanalarda yetişdirilir. Onlara yüksək miqdarda kimyəvi maddələr, gübrələr vururlar. Bu məhsullar süni yetişdirilir".