Tanzaniyanın prezidenti Con Maqufuli qadınlara qısa ətək geyinmək qadağası qoyub.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Maqufuli bəyan edib ki, qısa paltarlar HİV infeksiyası və QİÇS-in yayılmasına gətirib çıxarır. Prezident qadınlara 3 həftə vaxt verib.
2015-ci ilin noyabrında hakimiyyətə gələn Maqufuli büdcə vəsaitlərinə qənaət etmək məqsədilə bəzi qadağalara imza atıb.
Maqufuli Müstəqillik Gününün bayram edilməsini aradan qaldırıb, qənaət olunmuş vəsaiti isə küçələrdən zibilin yığışdırılmasına yönləndirib. O deyib ki, adamlar vəbadan öldükləri halda belə tədbirlərə pul xərcləmək düzgün deyil.
Qeyd edək ki, o, rəqs etməyi də yasaqlamışdı.