"Ermənistan-Azərbaycan sərhədində baş vermiş döyüşdə həlak olan əsgər Çingiz Qurbanovun meyidinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir".
Aktual.az xəbər verir ki, bunu modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
İ.Hüseynova qeyd edib ki, hələ ki, danışıqlar nəticəsizdir:
"İstənilən halda Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır".
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu ilə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz Qurbanov Çingiz Salman oğlunun meyidinin geri qaytarılması ilə bağlı nazirlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.
Xəbər 406 dəfə oxunub.