Astarada nadir ağaclar qurumağa başlayıb.
Söhbət həmişəyaşıl Şümşad ağaclarından gedir. Adı dünyanın "Qırmızı kitab"ına düşən bu ağaclar bir aya yaxındır ki, Astarada kütləvi şəkildə qurumağa başlayıb.
Hirkan milli parkının elmi işlər üzrə direktor muavini Hacağa Səfərov deyir ki, Hirkan şümşadı dünyada ən nadir bitki növlərindən sayılır. Yavaş-yavaş böyüyən ağacın diametri 100 ildə maksimim 10 sm-ə çatır. Əgər ağacın diametri 40 sm-sə deməli, bunun ən azından 600-700 il yaşı var. Həmişəyaşıl olan Hirkan şümşadı lap qədimdən ancaq müqəddəs yerlərdə - pir və ziyaratgahlarda bitir.
Pirlərdən birinin gözətçisi Səfərəli Həbibovun sözlərinə görə, ağacların qurumasının səbəbini uzun müddət bilməyiblər. Ancaq ağacdan qurdlar töküldükdən sonra məsələ aydın olub.
Səfərəli kişinin dediyinə görə, 20 gün öncə yamyaşıl olan ağacların üzərində qurdlar tor örtük qurblar. Həm o, həm də mütəxəssislər qurdların qonşu ölkələrdən respublikaya daxil olduğunu düşünr.
"Çin sovkası deyilən bir kəpənək növü var. Onlar adətən payızda, qışda yumurta qoyurlar. Bu ağacların yarpaqları çox qalın olur. Yumurtanı onun altına qoyurlar. Bir müddət keçəndən sonra, xüsusən may, iyun ayalarında təzə əmələ gəlmiş zoğlarda, yarpaqlarda yavaş-yavaş yumurtadan süfrələr çıxır və başlayırlar onu yeməyə", deyə H.Səfərov bildirib.
Yüzlərlə nadir ağacın məhvindən Astara meşə mühafizəsi idarəsində də məlumatlıdırlar. Astara meşə mühafizəsi və bərpası müəsisənin meşə mühəndisi Elşad Şükürov deyir ki, bu tez yayılan qurddur. Dərmanı isə fosfanil sulu məhluludur. Həmin dərman su ilə qarışdırılıb, ağaca səpilməlidir ki, yumurtalar inkişaf etməsin. "Bu qısa müddətli proses deyil. Ən azından ağac 3 dəfə yuyulmalıdır".
İdarə rəsmisi deyir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Lazımi dərman preparatları verilən kimi profilaktiki tədbirlərə başlanılacaq.
Deməli ,vaxtında çarə edilsə onzuz da nadir olan Hirkan şümşadı tarixə qovuşmayacaq.//Anspress.com