Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək.
 
Aktual.az-ın məlumatına görə, bunu naş nazirin müavini Əli Əhmədov deyib.
 
O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: "Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir".
 
Ə.Əhmədov güman edir ki, bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq
 
Aktual.az
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR