QHT Agentliyinin dəstəklədiyi layihə Binəqədi rayonunda icra olunub

QHT Agentliyinin dəstəklədiyi layihə Binəqədi rayonunda icra olunub

"Rəhbərlik etdiyim Qeyri-Hökümət Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi ""Bələdiyyə büdcələrinin formalaşdırlması problemləri” layihəsi Binəqədi rayonunda fəaliyyət göstərən Binəqədi qəsəbə bələdiyyəsində icra olunub".
 
Aktual.az xəbər verir ki, bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının sədr müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib.
 
Onun sözlərimə görə Binəqədi rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biridir:
 
"İlk olaraq Binəqədi rayonun icra başçısı hörmətli Elxan müəllimə təşkilatımız adından təşəkkürümü bildirmək istəyirəm! Obyektiv olaraq bildirəm istəyirəm ki, son illərdə Binəqədi rayonunda çox mühüm işlər görülür. Bütün sahələrdə müsbət işlərin görüldüyünü qeyd edərdim. Təbii ki, bu, birbaşa hörmətli Elxan müəllimin, başçının müavini Sevinc xanımın və onun komandasının və o cümlədən YAP Binəqədi rayon təşkilatının hörmətıi sədri Vusal İsmayılovun əməyinin nəticəsidir. Təsadüfü deyil ki, bizim təşkilatın bu ilki layihəsi məhz Binəqədi rayonunu əhatə edib. Layihəyə uyğun olaraq rayon ərazində fəaliyyət göstərən beş bələdiyyənin üçündə görüş keçiriləcək. Bu gün çox yüksək səviyyədə təşkil edilmiş ilk görüşümüz baş tutdu. Binəqədi bələdiyyəsinin vəzifələrini müvəqqəti icra edən Rəşad İsayev və onun müavini Mətanət xanım Nəsibovanın iştirakı ilə 50 nəfərlik görüş keçirildi. 
 
Görüşdə bələdiyyə rəhbərliyi, bələdiyyə üzvləri, bələdiyyə mühasibi və bələdiyyə vergisini yığan şəxslər iştirak edirdi. Mən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf istiqamətində dəstəklədiyi layihəsi haqqında geniş məlumat verdim".

QHT sədri N.Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb:
 
"Azərbaycanda yerli özüniidarə etmənin 34 illik tarixi var. Binəqədi qəsəbə bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək".















Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR