Livanda 10 il istintaq təcridxanasında saxlanılan Müəmmər Qəzzafinin oğlu Hannibal Qəzzafi girov müqabilində azadlığa buraxılıb.
Aktual.az xəbər verir ki, bu barədə AFP adını açıqlamayan məhkəmə rəsmisinə istinadla məlumat yayıb.
Məlumata görə, hakim Hannibal Qəzzafinin 11 milyon dollar girov qarşılığında azad olunmasına və onun ölkəni tərk etməsinə qadağa qoyulmasına qərar verib.
Qeyd edəki ki, Hannibal Qəzzafi 2015-ci ildən Livanda həbsdə idi. O, 1978-ci ildə itkin düşən livanlı şiə ruhanisi Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunurdu.
Xəbər 41 dəfə oxunub.