Aktual.az avtosfer.az-a istinadən bildirir ki, ABŞ-da 2022-ci ilə qədər istehsal edilən bütün avtomobillərdə "həyəcan" siqnal sistemi olacaq.
Belə ki, nəzərdə tutulan ilə kimi içində "Audi", "Ford", "KIA", "Mazda", "Porsche" və "Tesla"nın da olduğu 20 firmada maşınlar standart strukturuna avtomatik siqnal sistemini də əlavə edəcək. Sensor və kamera istifadə edilərək yaradılan bu sistem qəzadan əvvəl sürücüyə xəbərdarlıq edəcək.
Sükan arxasındakı sürücünün dərhal siqnala basmaq imkanı olmasa, maşın nəzarəti öz əlinə alaraq müdaxilə edəcək. Bu şəkildə qəzanın başvermə ehtimalı da azalır.