Tovuzda ağır yol qəzası nəticəsində dünyasını dəyişən Zakir Qəhrəmanovun kimliyi məlum olub.
AzNews.az xəbər verir ki, mərhum Zakir Qəhrəmanov "Nərgiz” Klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
Hadisə bu gecə Tovuz şəhərində, Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Porsche" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Şakir oğlu Qəhrəmanov ölüb, sərnişinlər - Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.