“Ölkə ərazisində hazırda qeyri-sabit hava şəraiti sentyabrın 25-i gündüzədək davam edəcək”.
Aktual.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, sentyabrın 23-də günün ikinci yarısından başlayaraq bu gün səhərə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit olub:
“Şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub”.