Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonunun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 9 nəfər Banqladeş və 1 nəfər Hindistan vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.