Qeydiyyatı olmayan pilotsuz uçuş aparatları müsadirə ediləcək

Qeydiyyatı olmayan pilotsuz uçuş aparatları müsadirə ediləcək
  • DÜNYA

Türkiyə Mülki Aviasiya Baş Direktorluğu pilotsuz uçuş aparatlarının ölkə hava məkanında istifadə edilməsinə dair Əsasnamə hazırlayıb.

Aktual.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, sənədə əsasən, ölkəyə gətiriləcək bütün pilotsuz uçuş aparatlarının elektron qeydiyyata alınması məcburi olacaq. Ölkə daxilində PUA sahibi olanlar da aparatları qeydiyyatdan keçirməlidir. Məqsəd bu tip aparatların qeyri-qanuni məqsədlər və pis niyyətlə istifadəsini əngəlləməkdir.

Qeydiyyatsız aparatların uçuşlarına icazə verilməyəcək və polis həmin aparatları müsadirə etmək hüququna malik olacaq.

Türkiyədə təxminən 4 min PUA olduğu bildirilir.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR