"Rusiyanın Ankarada öldürülən səfiri Andrey Karlovun qətlində günahkar Fətullah Güləndir.”
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin baş katibi Con Kerriylə telefon danışığı zamanı bəyan edib.
Hazırda Moskvada olan Çavuşoğlu ilə Con Kerri arasında telefon danışığı baş tutub. Danışıq zamanı Çavuşoğlu bəyan edib ki, həm Rusiya, həm də Türkiyə bu qətlin arxasında FETÖ-nun dayandığına əmindir.
Bundan başqa, türkiyəli nazir Kerrini Rusiya, Türkiyə və İran arasında Moskvada Suriyayla bağlı keçirilən üç tərəfli görüş barədə məlumatlandırıb.
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 19 dekabr tarixində Ankarada müasir incəsənət mərkəzindəki fotosərgidə çıxışı zamanı öldürülüb.
Aktual.az
Xəbər 305 dəfə oxunub.