Qətərin müdafiə naziri Xalid əl-Attiya sabah Ankaraya səfər edəcək.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Türkiyəyə səfər çərçivəsində əl-Attiya ölkənin müdafiə naziri Fikri İşık ilə görüşəcək. Səfərin digər detalları açıqlanmır.
İyunun 9-da Qətər və Türkiyə arasında hərbi saziş qüvvəyə minib. Müvafiq sənəd Ankarada 2016-cı ilin noyabr ayının 10-da imzalanıb.
Daha öncə Qətər ərazisində türk hərbçilərindən ibarət heyətin yerləşdirilməsinə dair Türkiyə və Qətər arasında sazişə dair qanun qəbul edilib.
Aktual.az
Xəbər 307 dəfə oxunub.