Qətərdə müsəlman ölkələrin hüquq müdafiəçiləri və ombudsmanlarının zirvə toplantısı keçirilib

Qətərdə müsəlman ölkələrin hüquq müdafiəçiləri və ombudsmanlarının zirvə toplantısı keçirilib
  • DÜNYA

Fevralın 20-də Qətərin paytaxtı Doha şəhərində "Ərəb coğrafiyasındakı mövcud konfliktlərdə insan haqlarının durumu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. İki gün davam edəcək beynəlxalq konfransa dünyanın bütün müsəlman ölkələrindən 500-ə yaxın hüquq müdafiəçisi və ombudsmanlar, dövlət və hökumət rəsmiləri, habelə diplomatik korpusun nümayəndələri qatılıblar. Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qətərin Baş Naziri, BMT-nin İnsan Haqları Üzrə Ali Komissarının müavini, Ərəb Parlamentinin sədri və digər beynəlxalq təşkilatların rəhbərləri da iştirak ediblər. Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müsəlman ölkələrin ombudsman və hüquq müdafiəçiləri ilə yaxından təmasda olub və Azərbaycanın üzləşdiyi problemlər barədə məlumat verib. Əsasən azərbaycanlı girovların məsələsini qaldıran hüquq müdafiəçisi Ərəb ölkələrinin bu məsələni gündəmdə saxlamasını istəyib.
Xəbər 1463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR