Müğənni Röya Ayxan arıqlamağının sirrini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi çoxlu su içdiyini bildirib:
"Mən, Abbas (əməkdar artist Abbas Bağırov) və Elşən (aktyor Elşən Orucov) su ilə arıqladıq. Sizə də məsləhət görərdim. Hamı bilir ki, mən qəhvəsiz yaşamırdım. Amma öd problemim yaranana qədər. Sonra onu su ilə əvəz etdim. Düzünü desəm ilk 3-4 günü ürəkbulanma verirdi. Sonra öyrəşdim. Hətta üzündə səpgi olanlara da çoxlu su içmələrini məsləhət görərdim. Məsələn, mən qəşəng qız olmasam da, makiyajsız gəzə bilirəm. Su, su, yenə də su. Qadınlar həftədə bir dəfə qazlı su qəbul edə bilərlər. Bu bizə xeyirlidir".