Qəribə XƏSTƏLİK: Ərinə allergiyası olan qadın - FOTOLAR

Qəribə XƏSTƏLİK: Ərinə allergiyası olan qadın - FOTOLAR

29 yaşlı qadın nadir rast gəlinən xəstəlik üzündən həyat yoldaşından ayrı yaşamağa məcbur olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cohannanın allergiyaları o qədər təhlükəlidir ki, onun əri ilə bir otaqda olması ölümcül reaksiyaları təkan verə bilər. Bu səbəbdən də ərlə, arvad bir-birinə həsrət qalıb.
Cohanna həyat yoldaşı ilə tanış olan zaman xəstəliyi bu qədər ağır olmayıb. Lakin zamanla səhhətinin ağırlaşdığını görüb və xəstəxanaya gedib. Cohanna ilə Skot artıq bir ildən çoxdur ki, nə əl-ələ tuta, nə qucaqlaşa, nə də öpüşə bilir. Cohanna gecələr də həyat yoldaşından ayrı yatır. Bununla belə cütlük bir-biri ilə mesajlaşaraq ünsiyyət qurmağa çalışır.
100-dən çox allergiyası olan Cohanna dəfələrlə müalicə alıb. O, özünü xarici amillərdən qorumaq üçün bir otaqda təkbaşına yaşayır və otaqdan yalnız xəstəxanaya getmək üçün çıxır. Məlum olub ki, Cohanna hətta 3 mərtəbə aşağıdakı qonşusu soğan doğrayanda da ondan təsirlənir.
Skot Cohannanın həyatını riskə atmaq istəmədiyi üçün bu yaxınlarda ayrı yaşamağa qərar verib. Buna baxmayaraq, sadiq həyat yoldaşı hər gün evə gəlib Cohannanın yeməyini öz əlləri hazırlayır.
 
 
 
Aktual.az

Xəbər 1398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR