Qərbin Ukraynaya təzyiqi başlayır: Krımdan əl çəksə...

Qərbin Ukraynaya təzyiqi başlayır: Krımdan əl çəksə...
  • DÜNYA

Beynəlxalq ictimaiyyət Ukraynanın Krımdan imtinasını hərbi münaqişəyə son qoymaq üçün zəruri hesab edir.
Aktual.az xəbər verir ki, bu barədə NTA telekanalının efirində ukraynalı jurnalist Ostap Drozdov bildirib.
"Krım haqqında Polşa xarici işlər naziri Radoslav Sikorskidən eşitdiyimiz hər şeyi hamıdan və hər yerdə eşidəcəyik, çünki münaqişədən çıxış yolu ilə bağlı dünyanın baxışı Krımsız formula əsaslanır", - o bildirib.
Qeyd edək ki, Sikorski Krımın BMT mandatı altına verilməsi ilə bağlı sözlərini geri çəkib. Onun sözlərinə görə, bu, Krımın Ukraynaya qaytarılması üçün hipotetik variant idi.
Xəbər 126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR