ABŞ-ın “Delta Airlines” aviaşirkətinə məxsus Airbus 320 təyyarəsi Nikaraquanın paytaxtı Manaquada təcili eniş edib.
Manaqua- Atlanta (ABŞ) reysi ilə uçan təyyarənin göyərtəsində 124 sərnişin və 6 ekipaj üzvü olub.
Məlumata əsasən, hava limanından qalxdıqdan sonra təyyarənin şassi hissəsində nasazlıq yaranıb. İnsident zamanı xəsarət alanların olmadığı bildirilir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.