Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil Ukrayna baş naziri

Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil  Ukrayna baş naziri

Ukraynanın baş naziri Arseniy Yatsenyuk hesab edir ki, ABŞ və digər Qərb dövlətlərinin ölkəsinə verdiyi hərbi dəstək istənilən səviyyədə deyil.

Bu barədə "Report" İnterfaksa istinadən xəbər verir. 

"Zənnimcə, Qərbdə olan dostlarımız təhlükənin miqyasını anlamırlar. Bəzən də başa düşəndə çox gec olur. Biz ancaq müdafiə təyinatlı silah istəyirik", - deyə Yatsenyuk bildirib.
Rəsmi Kiyevin "Donbas böhranını" diplomatik yollarla həll etməyə hazır olduğunu vurğulayan hökümət başçısı, "Əfsuslar olsun ki, diplomatlar hərbi birləşmələrin qarşısını almaqda acizdir", - deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu zəif olsa heç bir razılaşma tətbiq olunmayacaq.

Aktual.az

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR