Qərbin Belarusa qarşı sanksiyaları... - Lukaşenko

Qərbin Belarusa qarşı sanksiyaları... - Lukaşenko
  • DÜNYA

Dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən, hər hansı inkişafı təmin etmək mümkün deyil.
Aktual.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Qlobal Cənubun səsi” adlı videokonfrans formatında keçirilən üçüncü sammitdə deyib.
"Bu gün bir çox bölgə müharibələr və münaqişələrlə sarsılır, silahlanma yarışı görünməmiş sürət qazanır. Lakin dayanıqlı sülh olmadan və qlobal ziddiyyətlər həlli edilmədən, heç bir inkişaf mümkün deyil”, - o qeyd edib.
A.Lukaşenko həmçinin bildirib ki, Qərbin Belarusa qarşı sanksiyaları digər ölkələrin xalqlarına dağıdıcı təsir göstərir:
"Belə ki, Belarus mineral gübrələrinin ixracına qoyulan məhdudiyyətlər ən yoxsul ölkələrdə ərzaq qıtlığı və aclıq problemlərini kəskinləşdirib”.
Xəbər 278 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR