Qərbi Azərbaycan İcması Ermənistanın sabiq prezidentinin çıxışı ilə bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcması Ermənistanın sabiq prezidentinin çıxışı ilə bağlı bəyanat yayıb

Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu 1993-cü ildə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmənin Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edən çıxışının videoyazısı son günlərdə mətbuatda yayılıb.
Aktual.az xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və Azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübut edən fövqəladə əhəmiyyətə malik bir dəlildir:
"Bu bəyanat etnik təmizləmə və işğal siyasətinin arxasında məqsədyönlü niyyətin olmasını, Ermənistanın dövlət məsuliyyətini, insanlığa qarşı cinayətlərin və sülh pozuculuğu cinayətlərinin sistemli və mütəşəkkil xarakterini və konkret planın mövcudluğunu sübut edir.
Bu məsələ ilə əlaqədar olaraq, Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlamışdır. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”.


Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR