Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının tətbiq edilməsi Avropa İttifaqı üçün qəbuledilməzdir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.
Onun sözlərinə görə, edam cəzasının tətbiq edilməsi tam qəbuledilməzdir: "Türkiyə aydın başa düşməlidir ki, edam cəzasının saxlanılması tərəfimizdən amansız və qeyri-insani cəza forması kimi rədd edilir".
S.Kurts qeyd edib ki, Avstriya Xarici İşlər Nazirliyi vasitəsilə Avropanın Türkiyədən müəyyən hədlərə riayət edilməsini tələb etməsini təkid edir.