Qərbdən qəti mövqe: Sülh bu halda mümkündür

Qərbdən qəti mövqe: Sülh bu halda mümkündür

Bəzi Qərb mətbuat orqanlarının son günlər ərzində yaydığı feyk xəbərlər və "atəşkəs" barədə məqalələr yanlış mövqedən başqa bir şey deyil. ABŞ başda olmaqla, Qərb koalisiyasının mövqeyi dəyişilməz olaraq qalır və bu gün Ukrayna Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum çərçivəsində hərbi əməliyyatlara start verilməsi, zərbələrin intensivliyinin artırılması zamanı G7 sammitində Qərb koalisiyasının birmənalı mövqeyini təkrar etməsi xüsusi önəm daşıyır.
G7 ölkələrin bugünkü birgə bəyanatını oxuyaq:
- Ukraynada sülh yalnız rusiyalılar tərəfindən silahlı qüvvələrini Ukrayna əraziləsini qeyd-şərtsiz və birmənalı şəkildə tərk etməsindən sonra əldə edilə bilər. Bu, sülhə istənilən çağırışda əks olunmalıdır.
Dayanıqlı sülhün düsturu da dəyişilməz olaraq qalır: Ukraynaya non-stop (dayanmadan, fasiləsiz) silahların verilməsi, sanksiyalar, Rusiyanın döyüş meydanında darmadağın olunması, Rusiyanın iqtisadi çöküşü və sülh!
Bu düstur əsasında proses inkişaf etməkdədir.
Roma Papası, Çinin vasitəçiliyi və s. bunlar hamısı gələcək üçün platformanın, vizyonun hazırlanmasıdır, amma indiki məqamda atəşkəsin elan olunması ehtimalı 0%-dir.
Bu o deməkdir ki, Qərb Ukraynanın birmənalı qələbəsində əmindir. Bu qədər sadə.
Xəbər 178 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR