Müttəfiqlərin genişmiqyaslı müharibə bitənə qədər Ukraynaya qoşun yeritmək ehtimalı azdır.
Aktual.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının keçmiş spikeri, Ukrayna Silahlı Qüvvələrinin polkovniki Vladislav Seleznyov Şimali Koreya hərbçilərinin Rusiya tərəfindən müharibədə iştirakına müttəfiqlərin mümkün reaksiyası barədə sualı cavablandırarkən deyib.
"Tammiqyaslı Rusiya-Ukrayna qarşıdurması bitənə qədər bunun baş verəcəyinə ciddi şübhəm var. Bəli, NATO üzvü olan ölkələrin hərbi qulluqçularının cəbhənin ikinci dərəcəli sektorlarında istifadəsinin mümkünlüyü barədə çoxlu müzakirələr aparıldı ki, gücümüzü və resurslarımızı cəbhənin bu sektorlarından azad etmək və onları ən çox ehtiyac duyulan yerə yönəltmək imkanımız olsun. Ancaq nəticə olmadı və və gələcəkdə də olmayacaq", - polkovnik qeyd edib.
Xəbər 241 dəfə oxunub.