Qənirə Paşayevaya Salihlinin Fəxri Vətəndaşı oldu

Qənirə Paşayevaya Salihlinin Fəxri Vətəndaşı oldu

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Qənirə Paşayevaya Türkiyənin Salihli bölgəsinin Fəxri Vətəndaşı adının verilməsi ilə bağlı Salihlidə böyük tədbir keçirilib.

Aktual.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərasimdə bu barədə rəsmi sənəd ona təqdim olunub. Giresun, Karabük və Bolunun Fəxri Vətəndaşı olan millət vəkili Salihli ilə artıq qardaş Türkiyənin 4-cü qədim və böyük bölgəsinin də Fəxri Vətəndaşı statusunu alıb. Salihli Bələdiyyə Başçısı Zeki Kayda çıxışında Salihli bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən səs vermə ilə qəbul edilən qərara hansı partiyanın üzvü olmasından asılı olmayaraq bütün bələddiyyə məclis üzvlərinin dəstək verdiyini və səs birliyi ilə qəbul edirdiyini deyib.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirib. Millət vəkili onu “Fəxri vətəndaşlıq” adına layiq görən Salihli Bələdiyyə sədri Zeki Kaydaya və bütün bələdiyyə məclis üzvlərinə və bütün Salihlilərə təşəkkürünü bildirib.

“Mənə bu duyğuları hiss etdirən insanlar sizlərsiniz. Salihlinin Fəxri Vətəndaşı seçilməyim mənim üçün şərəf, böyük bir xoşbəxtlikdir. Türk dövlət və toplumlarının birliyi, bərabərliyi üçün hamımız əlimizdən gələni etməliyik. Əl-ələ verib, var gücümüzlə çalışma zamanıdır. SalihliTürk tariximizin çox önəmli bir parçasıdır. Bizim hər zaman sevgiylə andığımız gözəl bir bölgəmizdir. Salihlinin Fəxri Vətəndaşı olmaq qürurverici bir görəvdir və bu görəvin haqqını layiqincə verməyi Allah mənə nəsib etsin. Özümü hər zaman Salihlili kimi də hiss etdim, artıq bir missiyam da var. Salihlinin də tanıdılması üçün əlimdən gələni edəcəyəm",- deyən Qənirə Paşayeva bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, Türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib.

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR