Qənirə Paşayevanın Qarabağ Parkı təklifi dəstəkləndi

Qənirə Paşayevanın Qarabağ Parkı təklifi dəstəkləndi

Millət vəkili Q. Paşayevanın Salihlidə Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib.

Türkiyənin Salihli bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Salihli bələdiyyə başqanı Zeki Kayda ilə görüşüb. Bələdiyyə başqanı millət vəkili ilə görüş zamanı Günəşli yatağında baş verən qəza ilə bağlı həlak olmuş neftçi qardaşlarımızla bağlı xəbərə çox üzüldüklərini bildirib, onlara Allahdan rəhmət, əziz ailələrinə səbr, qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyib. Belə həssas münasibət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva sevincimiz də kədərimiz də birdir inşallah bir daha millətimiz və iki qardaş dövlətimiz bir daha belə acılar yaşamasın deyib. Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Salihlinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Şalihli mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Salihli bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Şalihli bələdiyyə başqanı Zeki Kayda Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Salihli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Şalihli bələdiyyə başqanı Zeki Kayda hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Salihlidə Azərbaycan küçəsi, Qarabağ parkı, Xocalı abidəsi təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərin qısa zamanda reallaşacağını bildirib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində Salihlinin də yer alacağını bildirib və Azərbaycan insanına Salihlini daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib.Millət vəkili Şalihli bələdiyyə başqanı Zeki Kayda və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Şalihli bələdiyyə başqanı Zeki Kayda Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının üxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Salihli bələdiyyə başqanı Zeki Kaydaya həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , "Karabağ hikayeleri" kitablarıını,Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə Salihlinin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR