Qənirə Paşayevanın Celal Bayar Universitetində Qarabağ Mərkəzi təklifi müsbət qarşılanıb

Qənirə Paşayevanın Celal Bayar Universitetində Qarabağ Mərkəzi təklifi müsbət qarşılanıb

Millət vəkili Q. Paşayevanın Celal Bayar Universitetində Qarabağ Mərkəzi təklifi müsbət qarşılanıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Manisa Celal Bayar Universitetinin rektoru Prof. A. Kamal Çelebinin başçılığı ilə universitetin nümayəndə heyəti ilə görüşüb. Rektor A.Kamal Çelebi Azərbaycana İnşaat və Memarlıq Universitetinin dəvəti ilə gəldiklərini, qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını deyib. O bildirib ki, Manisa Celal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması, onların yaxşı təhsil ala bilməsi , təhsil almaları üçün hər cür şəraitin yaradılması onların daim diqqəti mərkəzindədir. Millət vəkili Qənirə Paşayeva Celal Bayar universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin, burada təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının, artıq 190 nəfər tələbənin burada təhsil almasının müsbət hal olduğunu qeyd edərək, onlara keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Universitetdə Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Universitet rektoruna və heyət üzvlərinə Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bir müddət əvvəl Celal Bayar Universitetində bu mövzularla bağlı çox önəmli bir konfrans verdiyini xatırladan millət vəkili Q.Paşayeva dəvət üçün universitet rəhbərliyinə bir daha təşəkkürünü bildirərək bu mövzularla bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, daha çox görüşlərə, konfranslara ehtiyac olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva Universitetdə Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış etdiyini bir daha xatırladaraq bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Qarabağ mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb. Universitet rektoru, Prof. A.Kemal.Çelebi və nümayəndə heyəti üzvləri təklifi dəstəkləyiblər və yaxın günlərdə bu məsələyə baxılacağını bildiriblər. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva Celal Bayar Universiteti rektoruna, müəllimlərə və universitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin həmmüəllifi olduğu “Karabağ hikayeleri”kitabını hədiyyə edib. Universitet rektoru A. Kamal Çelebi millət vəkilini universitetdə yenə də konfranslar verməyə dəvət edib və Q. Paşayeva təklifi məmuniyyətlə qəbul etdiyini deyib.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR