Millət vəkili Q.Paşayevanın Akdeniz Universitetində Qarabağdan danışıb və Antalyada "Karabağ hikayeleri” kitabının imza mərasimində gənclərə çağırış edib.
Millət vəkili Q.Paşayevanın Antalya Akdeniz Universitetində Qarabağ həqiqətləri iləbağlı tədbirlərin artması və Azərbaycan mərkəzi təklifini rektor dəstəkləyib. Millət vəkili, Dr. Qənirə Paşayeva Antalya Akdeniz Universiteti rektoru Prof.Dr. Mustafa Ünalvəuniversitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib. Azərbaycanın Türkiyədəki səfirliyindən təhsil müşaviri Nəcibə Nəsibovanın da iştirak etdiyi görüşdə nümayəndə heyətini Antalyada salamlamaqdan məmnunluğunu ifadə edən Universitetin rektoru Prof.Dr. Mustafa Ünalqardaş ölkəolan Azərbaycan iləTürkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Millət vəkili, Dr.Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Antalya Akdeniz Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunubildirib. Antalya Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcəartmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. QənirəPaşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri vəkeyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib vəazərbaycanlı tələbələrin də öz növbəsində Antalya Akdeniz Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı iləbağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyəmünasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva Universitetdə Azərbaycan,Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, beləbir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş vədoğru çatdırılması üçün dəçox önəmlidir. Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb tərəfindən Universitetə hədiyyə ediləcəyini dədeyərək Azərbaycan mərkəzinin vacibliyi və əhəmiyyəti barədəgeniş fikir mübadiləsi aparıb. Universitetinin rektoru təklifi dəstəkləyib vəbu məsələyə baxılacağını bildirib. Antalya Akdeniz Universitetinin rektoru rəhbərlik etdiyi universitet iləAzərbaycanın ali təhsil məktəbləri arasındaəlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinədəvətlərini qəbul edib universitetdə Azərbaycan-Türkiyə münasibətləri iləbağlı geniş konfrans verdiyi üçün təşəkkürünü bildirib vəbu cür konfransların önəminətoxunaraq onu təkrar konfranslar verməyədəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili QənirəPaşayeva rektora Azərbaycan həqiqətləri vəmədəniyyəti iləbağlı materialları hədiyyə edib. AzərbaycanınTürkiyədəki səfirliyinin təhsil müşaviri NəcibəNəsibova dada universitetdə əməkdaşlığın genişlənməsi, burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərləçıxış edib vəgeniş fikir mübadiləsi aparılıb. Qənirə Paşayeva, və Nəcibə Nəsibova Antalya Akdeniz Universiteti rektoruna vəuniversitetin kitabxanasına Azərbaycan mədəniyyəti, tarixinədair materiallar, millət vəkili Q.Paşayeva həmçinin özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri” kitabını vədigər kitablarını hədiyyəedib. Q.Paşayev həmçinin Antalya Akdeniz Universitetiinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrləvədigər türk torlumlarından olan tələbələrlədəgörüşüb. Görüşdəmillət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinədaha geniş çatdırılmasında xaricdəyaşayan azərbaycanlıların da üzərinəböyük vəzifələr düşdüyünü bildirib. Antalyada"Karabağ hikayeleri”i təqdimat və imzalanması böyük maraqla qarşılanıb. Türkiyənin Antalya vilayətində millət vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri "Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsindətəqdimatı vəimzalanma mərasimi olub."Karabağ hikayeleri”inin təqdimat və imzalanma mərasimindəiştirak edən valilik, bələdiyyərəsmiləri, universitet müəllimləri, ziyalılar vəgənclər kitabın önəmi iləbağlı fikirlərini bölüşüblər. TürkiyəKİV-lərinin dəgeniş iştirak etdiyi tədbirlərdəmillət vəkili Qənirə Paşayeva "Karabağ hikayeleri”i kitabını hazırlamaqda əsas məqsədin Türkiyədəvə Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri iləbağlı daha geniş bilgi vermək olduğunu bildiriblər. Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən danışaran millət vəkili Q. Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi dünyanın hər yerindəyaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş yaymalı, işğalçıların layiq olduğu cavabı alması üçün daha çox çalışmalıdırlar deyib.Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA vədigər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətindəErmənistana heç bir təzyiq göstərmirlər deyib. Ermənistanın ön cəbhədəmülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü insanları hədəfəalmaları, qətləyeitrmələri, yaralamaları, evlərini dağıtmaları barədəgeniş məlumat verən millət vəkili Q. Paşayeva bu cür insanlıqdan kənarəməllər, cinayətlər Ermənistanın xislətinəxas addımlardır amma Azərbaycan vəordumuz artıq 20 iləvvəlki Azərbaycan vəordu deyil işğalçılar layiq olduqları cavabı alacaqlar deyib.Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncəqardaş TürkiyədəvəTürk dünyasında, sonra da bütün dünyadaəks etdirəcəyinəümid edirik deyən millət vəkili Q.Paşayevatanıtım vəimzalanma mərasiminəqatılanların Qarabağ mövzusu iləbağlı suallarını da cavablandırıb. Qeyd edək ki, "Karabağ hikayeleri” kitabı iyirminci yüzildədünyanın gözləri önündətarixin canlı olaraq qeyd etdiyiən qanlı,ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarınıəks etdirir.