Millət vəkili Qənirə Paşayeva Yeni ili ön cəbhə kəndlərində müəllim və sakinlərlə qeyd edib,qayğıları ilə maraqlanıb.
Millət vəkili Q.Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən və Ermənistan tərəfindən atəşkəsin tez-tez pozularaq evlərin və mülkü vətəndaşların hədəfə alındığı Ağdam kəndində ilk öncə müəllimlərlə görüşüb, bayram hədiyyələrini təqdim edib, qayğı və problemlərlə maraqlanıb. Millət vəkili həmçinin kənd sakinləri ilə də görüşüb, bayramlarını təbrik edib. Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək ön cəbhədə gənclərimizin təhsill, savadlı və eyni zamanda vətənpərvər yetişməsində fədakar müəllimlərimizin rolunu xüsusi vurğulayıb. Müəllimlərlə görüşdə millət vəkili Qənirə Paşayeva müəllimlərin fikir və qayğılarını da dinləyib. Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayan millət vəkili Qənirə Paşayeva gənclərin yetişməsində əməyi olan müəllimləri xüsusi təbrik edərək göstəricilərin bundan daha da yaxşı olacağına inandığını deyib. Millət vəkili kənddə eyni zamanda bir sıra gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə də edib. Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlər millət vəkilindən xahiş ediblər ki ön cəbhə olan Ağdam kəndi yolunun vəziyyəti pisdir və onun düzəldilməsi üçün təkrar lazımi qurumlara müraciət etsin. Millət vəkilinin bununla bağlı dəfələrlə müraciətlər etdiyini bildiklərini və bunun üçün təşəkkürlərini bildirən sakinlər məsələnin öz həllini tapması üçün Qənirə Paşayevadan təkrar bu məsələni dövlət qurumları qarşısında qaldırmasını xahiş ediblər. Bununla bağlı bir neçə dəfə müvafiq qurumlara müraciət etdiyini deyən millət vəkili Q.Paşayeva Bakıya dönən kimi baş nazir Artur Rəcizadəyə ön cəbhə sakinlərinin bu xahişi ilə bağlı müraciət edəcəyini vurğulayıb. O bildirib ki doğurdanda Ağdan yolunun təcili düzəldilməsinə ehtiyac var və ümid edir ki məsələyə yaxın zamanlarda baxılacaq. Millət vəkili Q.Paşayeva həmçinin Əlibəyli, Xatınlı, Düzə Qırıqlı, Alakol kəndlərini də ziyarət edib, sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.
Xəbər 427 dəfə oxunub.