Qənirə Paşayeva xarici tələbələrə Qarabağdan danışdı

Qənirə Paşayeva xarici tələbələrə Qarabağdan danışdı

Millət vəkili Q.Paşayeva Yedi Kıta Uluslararası Öğrenci Derneyinin üzvlərinə, xarici tələbələrə Qarabağdan danışıb.

Türkiyədə Yedi Kıta Uluslararası Öğrenci Derneyinin və Kahramanmaraş Universitetində təhsil alan azərbaycanlı gənclərin təşkilatçılığa ilə millət vəkili Qənirə Paşayeva ilə Kahramanmaraşda təhsil alan və 7 qitədən olan tələbələrin görüşü keçirilib. Görüşdə Türkiyənin sabiq millət vəkili Sıdqı Güvenci, Türkiyədə Yedi Kıta Uluslararası Öğrensi Derneyinin rəhbərliyi, bir sıra ziyalılar da iştirak edib. Azərbaycanlı tələbələrin də iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva bu gün dünyada baş verən proseslərdən danışaraq çox təəssüf ki, artıq beynəlxalq hüququn çökdüyü bir dünyada yaşayırıq deyıb. Güclünün haqlı olduğu bugünkü dünyada müxtəlif bölgələrdə baş verən dəhşətli hadisələr barədə danışan millət vəkili Qənirə Paşayeva 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olması, bütün dünyanın gözləri qarşısında törətdikləri Xocalı soyqırımından, vandalizm aktlarından, rəsmi İrəvanın beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına dair qətnamələrinə məhəl qoymamasından, beynəlxalq ictimaiyyətin ikili standartlarından, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönə bilməməsindən danışıb. Millət vəkili Qənirə Paşayeva Yedi Kıta Uluslararası Öğrensi Derneyi üzvlərinə, tələbələrə səslənərək "Mən inanıram ki, siz bu gün olduğu kimi, bundan sonra da hər zaman ədalətin yanında olacaq və Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımının dünyaya daha geniş yayılması istiqamətində öz səylərinizi əsirgəməyəcəksiniz. 22 ildir evinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini artıq bütün dünya eşitməli və onların öz evlərinə dönə bilməsi üçün səylərini artırmalıdır. Bu insanlar dünyadan ədalət gözləyir." - qeyd edib. Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "inşallah yaxın zamanlarda gələcək tədbirlərimizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda və digər gözəl bölgələrimizdə qeyd edə bilək", - deyib. Millət vəkili eyni zamanda türk və müsəlman dünyası üzərində bəzi dövlət və güclərin planlaşdırdığı və həyata keçirdiyi oyunlar barədə də geniş çıxış edərək gəncləri diqqətli olmağa çağırıb. Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu deyən Qənirə Paşayeva getdikcə daha da gərginləşən bölgədə bir-birimizə daha çox sahib çıxmalıyıq, müxtəlif bölgələrdə yaşayan və əziyyət çəkən qardaş-bacılarımıza daha çox dəstək göstərməliyik deyib. Bu istiqamətdə gənclərin üzərinə böyük bir misiyya düşdüyünü düyən millət vəkili Qənirə Paşayeva Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbələrin fəal olmasından, Azərbaycanı yaxşı səviyyədə təmsil etmələrindən, Qarabağ həqiqətlərini fəal şəkilə yaymalarından, müxtəlif ölkələrdən olan gənclərlə dostluq əlaqələrini gücləndirmələrindən məmun olduğunu bildirib və onların bir sıra suallarını cavablandırmaqla yanaşı bəzi tövsiyyələrini də səsləndirib. Millət vəkili Qənirə Paşayeva müxtəlif ölkələrin təmsilçiləri ilə də söhbət edib və suallarını cavablandırıb. Yedi Kıta Uluslararası Öğrenci Derneyinin rəhbərliyi millət vəkilinə təşəkkürünü bildirərək bu cür görüşlər gələcəkdə də olmasının vacibliyini vurğulayıb. Gənclərlə görüşə böyük önəm verdiyini və hər zaman hazır olduğunu deyən millət vəkili Qənirə Paşayeva görüşün sonunda gənclərə yazar İ.Avşarla həmmüəllif olduğu “Karabağ hikayeleri” kitabını hədiyyə edib və uğurlar diləyib.

Xəbər 641 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR