Qənirə Paşayeva Türkiyədə konfrans verib - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə konfrans verib  - FOTOLAR


Q. Paşayeva Salihlidə "Azərbaycan-Türkiyə münasibətləri: dünəni,bu günü və gələcək prespektivləri" adlı konfrans verib.


Salihli bələdiyyəsi və Türk Ocaqlarının birlikdə təşkil etdiyi tədbirdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva ailələrə,aydınlara, KİV-lərə və QHT rəhbərlərinə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, onun işğaldan azad edilməsi üçün çalışmalıdır: "Qarabağdan indi də İraq və Suriyadan öz yurdundan zorla qovulan bizim insanımızdır,onlara daha çox sahib çıxmalıyıq. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. Bu məsələdə ailələrimizim, müəllimlərimizin, siyasətçilər, aydınlar, yazar, şair, araşdırmacı və jurnalistlərin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Millət vəkili son günlər bölgədə daha da gərginləşən vəziyyət barədə də danışıb və Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır deyərək münasibətlərimizin daha da inkişafı istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin yeritdiyi siyasət, görülən işlər, həyata keçirilən böyük layihələr barədə də geniş məlumat verib. O, Salihlinin mərkəzi küçələrindən birinə Azərbaycan, parklarından birinə Qarabağ adının verilməsi ilə bağlı təklifinin bələdiyyə başqanı tərəfindən dəstəkləndiriyini deyərək bu cür addımların önəmindən də danışıb. Qənirə Paşayevaçıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil” deyərək bitirib. Tədbirdə çıxış edən Salihli bələdiyyə müavinləri, Türk Ocaqları başqanı bu gün Türk və Müsəlman dünyasının məhz bu düşüncəylə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq zaman birlik və bərabərlik zamanıdır deyiblər. Millət vəkili Qənirə Paşayeva tədbirin sonunda tədbir iştirakçılarına Azərbaycan həqiqətlərinə dair materialları və özünün həmmüəllifi olduğu “Hocalı Soykırımı:tanıkların dilinden” ve “Karabağ hikayeleri” kitablarını da hədiyyə edib.

Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR