Qənirə Paşayeva Türk dünyası gənclərinə Qarabağla bağlı çağırış edib

Qənirə Paşayeva Türk dünyası gənclərinə Qarabağla bağlı çağırış edib

Millət vəkili Q.Paşayeva İstanbul Mədəniyyət Universitetində Türk dünyası gənclərinə Qarabağla bağlı çağırış edib.

İstanbulda Mədəniyyət Universitetində Qarabağla, Xocalı Soyqırımı ilə bağlı çıxış edən millət vəkili Türk dünyası gənclərinə çağırış edərək bu gün birlik, bir-birimizə daha çox sahiblənmə, dəstək olmaq zamanıdır deyib. İslahatçı Gənclər Birliyi, Yeni Çağ və İstanbulda Mədəniyyət Universitetinin Xocalıya ədalət həftəsi çərçivəsində təşkil etdiyi tədbirdə çıxış edən Qənirə Paşayeva Türk kökənli bütün insanlarımızı Türk dünyasının müxtəlif bölgələrində yaşadığımız ağrı-acılara xüsusi həssaslıq göstərməyə çağırıb və bunu vacibliyindən geniş danışıb və tələbələrə səslənərək birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunun getdikcə daha da gərginləşən dünya və bölgəmizdə daha çox fərqində olmalısınız deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Q. Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından geniş danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn il Xocaı Soyqırımı qurbanlarının xatirəsini birlikdə işğaldan azad edəcəyimiz Xocalıda və digər o gözəl bölgələrimizdə də yad edə bilək. Sadəcə o zaman və Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verdiyində onların ruhu bir az da olsa sakitlik tapa bilər. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirin sonunda Mədəniyyət Universitetinin rektoru professor İhsan Karaman millət vəkili Q. Paşayevaya plaket təqdim edib. Millət vəkili Q. Paşayeva rektora Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materialları təqdim edib. Tədbrin sonunda millət vəkili Q. Paşayeva Türkiyədə şəhid ailələrinin üzvləri və şəhid ailələri dərnəyinin rəsmiləri ilə də görüşüb. Sizin şəhidiniz bizim də şəhidimizdir deyən millət vəkili Q.Paşayeva şəhid ailələri ilə söhbətin sonunda onları Azərbaycana dəvət edib.

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR