Qənirə Paşayeva Tovuzun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb – FOTO

Qənirə Paşayeva Tovuzun Qaraxanlı kəndinin sakinləri ilə görüşüb – FOTO

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun böyük kəndlərindən biri olan Qaraxanlı kəndinin sakinləri ilə görüşüb. Sakinlərlə görüşdə Qənirə Paşayeva  ötən 14 illik deputat fəaliyyəti  və Azərbaycanın bölgədə, dünyada artan nüfuzu, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işləri barədə  məlumat verib:
 
"14 illik deputat fəaliyyətim dövründə Tovuzda nə ailəm üçün biznes qurdum, nə də qohumlarımın yüksək vəzifələrə təyini xahişini etdim. Bu illər ərzində Tovuzda nə xahişim olubsa sizinlə, seçicilərimizlə bağlı olub və mən hər zaman əlimdən gəldiyi qədər sizin problemlərinizin həlli üçün imkanlar və səlahiyyətim daxilində əlimdən gələni etməyə çalışdım. Hər zaman sizin fikir və təkliflərinizi qanunların müzakirəsi zamanı səsləndirməyə çalışdım, ölkəmizin dünyada daha da geniş tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha da geniş yayılması istiqamətində dövlətimizin geniş fəaliyyətinə dəstək olmağa çalışdım”.
 
Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələr barədə danışan Qənirə Paşayeva deyib:
 
"Bizim  hamımız üçün dövlətimizdən, onun müstəqilliyindən dəyərli heç nə ola bilməz. Bizim inkiafımız, ortaya çıxan problemlərimizin həlli dövlətimizin inkişafından keçir. İnkişaf isə sabitlikdən. Ona görə də ölkəmizin sabitliyi, inkişafı və ərazi bütövlüyümüzün bərpası üçün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək daha da çox çalışmalıyıq.”
 
Son 14 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Qaraxanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını söyləyən Q.Paşayeva həllini gözləyən problemlərin də qısa zamanda öz həllini tapacağına inandığını deyib. Qaraxanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qaraxanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib. Kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları, bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.
 
Görüşdən sonra Q.Paşayeva kənd sakinlərinin istəyi ilə  vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib. Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, vətəndaşları maraqlandıran, narahat edən məsələlərlə bağlı bəzi sualları da cavablandırıb. Qənirə Paşayeva həmçinin kənddə yaşayan  fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanınızdayıq deyib.
 
Seçicilər millət vəkili Qənirə Paşayevaya siz bizim dəstəyimizi öz fəaliyyətinizlə illər öncə qazanmısınız, bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız deyərək   uğurlar diləyiblər.
Q.Paşayeva həmçinin kəndi gəzərək bir sıra şəhid ailələri ilə də görüşüb və hər zaman yanızdayıq deyib.









Xəbər 682 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR