Qənirə Paşayeva Tovuzda şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva  Tovuzda şəhid ailələri ilə görüşüb

Millət vəkili Q.Paşayeva Novruz bayramında Tovuzun şəhid ailələri ilə görüşüb və onları təbrik edib.

Millət vəkili Q.Paşayeva Novruz bayramı münasibəti ilə rayonun şəhid ailələrini təbrik edib və onlara ən gözəl diləklərinə çatmalarını diləyib. Əziz şəhidlərimiz nur içində yatsınlar deyən millət vəkili Q.Paşayeva şəhidlərimizin və onların dəyərli ailələrinin hər zaman könlümüzdə özəl bir yeri var və bu əziz bayramda da sizinlə birlikdə olmaq, sizi təbrik etmək bizim üçün bir borc, müqəddəs vəzifədir deyib. Ermənistanla ön cəbhədə yerləşən Tovuzda 300-ə yaxış şəhid ailəsi olduğunu, şəhidlərimizin bir çoxlarını zamanında yaxından tanıdığı deyən Q.Paşayeva dəyərli şəhidlərimizin ən böyük amalının torpaqlarımızın işğaldan azad edilməsi olduğunu xüsusi vurğulayaraq inşallah gələn Novruz bayramını Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edək deyib. O, bildirib ki şəhidlərimizin ruhu o zaman sakitlik tapacaq və biz bir millət olaraq əsl bayramı onda qeyd edəcəyik. Tovuz rayon icra hakimiyyəti başçısının müavini Mahir Həsənov, rayonu fəal xanımlarından Sürəyya İsmayılova da çıxış edərək şəhid ailələrini təbrik ediblər. TUSİAB-ın rəsmi nümayəndəsi Səlcuk Düzgün çıxışında şəhidlərimizə bir daha rəhmət diləyib və bildirib ki, Azərbaycanın şəhidi Türkiyənin, Türkiyənin şəhidi isə Azərbaycanın şəhididir. Azərbaycan-Türkiyə qardaşlığından geniş danışan Səlcuk Düzgün bu gözəl bayramlarımızın işğaldan azad edəcəyimiz bölgələrimizdə qeyd edəcəyimiz günlərin uzaqda olmadığını bildirib. Sonra bütün şəhid ailələlərinə bayram hədiyyələri təqdim edilib. Tədbirin sonunda millət vəkili bir çox şəhid ailələrini dinləyərək onların qayğı və problemləri ilə də maraqlanıb və ortaya çıxan bəzi məsələlərin həlli istiqamətində lazımi dəstək göstərəcəyini deyib.

Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR