Qənirə Paşayeva Taylandda Qarabağ həqiqətlərindən danışıb

Qənirə Paşayeva  Taylandda  Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Q. Paşayeva Taylandda Kraliça Sirikit İnstitutu və Fondun rəhbərləri ilə görüşdə Azərbaycandan danışıb.


Millət vəkili Q. Paşayeva Taylandda Kraliça Sirikitin şəxsi katibləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.


Taylandda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q. Paşayeva Tayland Kralı ailəsinin üzvləri, Kraliça Sirikitin şəxsi katibləri Thanpuying Pharani Mahanonda, Thanpuying Supornphen Laungther, Kraliça Sirikit İnstitunun və Fondunun rəhbərləri ilə görüşüb. Millət vəkili Q. Paşayeva görüş zaman Azərbaycanla tarixi, mədəniyyəti ilə bağlı, bütün istiqamətlərdə görülən işlər, əldə edilən uğurlarla bağlı geniş məlumat verib. Azərbaycanla Tayland arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olacağını deyən millət vəkili Qənirə Paşayeva ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib. Görüş zamanı millət vəkili Q. Paşayevaya Tayland kraliçası Sirikit Phra Baromma Rajini Nath tərəfindən və onun dəstəyi və rəhbərliyi ilə qurulan institut, fond və muzeyin fəaliyyəti, mədəniyyət, təhsil və sosial sahədə həyata keçirilən layihələr, əldə olunan uğurlar barədə geniş məlumat veriblər. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mədəniyyət, təhsil və sosial sahədə həyata keçirdiyi böyük və önəmli layihərlər barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi onun beynəlxalq aləmdə mədəniyyətlər arası dialoqla bağlı gördüyü önəmli işləri də xüsusi vurğulayıb və Tayland Kralı ailəsinin üzvləri, Kraliça Sirikitin şəxsi katibləri Thanpuying Pharani Mahanonda, Thanpuying Supornphen Laungther, Kraliça Sirikit İnstitunun və Fondunun rəhbərliyini Azərbaycana dəvət edib. Onlar Azərbaycana dəvəti məmuniyyətlə qəbul edərək Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə görülən işlərlə də yaxından tanış olmaqdan və Azərbaycanla qurula biləcək birgə əməkdaşlıqdan böyük məmuniyyət duyacaqlarını deyib. Millət vəkili Q. Paşayeva bildirib ki, ortaq layihələrlə yanaşı Azərbaycanı Taylandda, Taylandı isə Azərbaycanda daha geniş tanıdan layihələrə böyük ehtiyac var və görüş zamanı bu istiqamətlərdə konkret müzakirələr aparılıb. Millət vəkili Q. Paşayeva görüş zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı da geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O, bildirib ki, Azərbaycan xalqı Taylandın bu məsələlərdə Azərbaycana daha çox dəstək verəcəyini gözləyir. Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycanla bağlı müxtəlif matrialları hədiyyə edib.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR