Qənirə Paşayeva Suraxanıda kitabsevərlərlə görüşüb

Qənirə Paşayeva Suraxanıda kitabsevərlərlə  görüşüb

Millət vəkili Q.Paşayeva Suraxanı rayonunda H.Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, H.Sarabski adına Mədəniyyət Evinin "Bizim Evin Qonaqları" layihəsinin qonağı olub. 

Millət vəkili oxucularla geniş söhbət edib. Kitab həvəskarlarının  toplandığı tədbirdə Qənirə Paşayevanın  kitablarının imza mərasimi də olub.  Ziyalıların, kitab həvəskarlarının iştirak etdiyi görüş maraqlı söhbət və fikir mübadiləsi ilə yadda qalıb. Kitabsevərlərlə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən  Qənirə Paşayeva  ilk öncə bütün insanlarımızı  Dövlətimizin Müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib, dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələr barədə geniş söhbət açıb. Tədbiri məhz belə bir gündə təşkil etdikləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bu  görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. Oxucularla yaradıcılığı və kitablarla bağlı müzakirə aparan  Qənirə Paşayeva  həmçinin  onları maraqlandıran digər sualları da cavablandırıb.  Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, öz imzası ilə kitablarını oxuculara  hədiyyə edib. Bu cür maraqlı tədbir üçün təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva cəmiyyətdə kitaba meyilliliyin artması istiqamətdə ziyalıların üzərinə böyük vəzifələr düşdüyünü də vurğulayıb.

 



Aktual.az
Xəbər 954 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR