Qənirə Paşayeva Sinop bələdiyyə başqanı ilə görüşüb - FOTO

Qənirə Paşayeva Sinop bələdiyyə başqanı ilə görüşüb  - FOTO


Millət vəkili Q. Paşayevanın Sinopda Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib


Türkiyənin Sinop bölgəsində Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergül ilə görüşüb. Bələdiyyə başqanı millət vəkili ilə görüş zamanı Günəşli yatağında baş verən qəza ilə bağlı həlak olmuş neftçi qardaşlarımızla bağlı xəbərə çox üzüldüklərini bildirib, onlara Allahdan rəhmət, əziz ailələrinə səbr, qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyib. Belə həssas münasibət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva sevincimiz də kədərimiz də birdir inşallah bir daha millətimiz və iki qardaş dövlətimiz bir daha belə acılar yaşamasın deyib. Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Sinopun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Sinopun mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Sinop bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Sinopbələdiyyə başqanı Baki Ergül Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Sinop bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Sinop ələdiyyə başqanı Baki Ergül hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Sinopda Azərbaycan küçəsi, Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə mütləq baxılacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Sinopun da yer alacağını bildirib və Azərbaycan insanına Sinopu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Sinop bələdiyyə başqanı Baki Ergül və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Sinop bələdiyyə başqanı Baki Ergül Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergülə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , “Karabağ hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Sinopun tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.


Millət vəkili Q. Paşayevanın Sinopda Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı dəstəkləyib Türkiyənin Sinop bölgəsində Azərbaycan-Türkiyə  münasibətləri,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergül ilə görüşüb. Bələdiyyə başqanı millət vəkili ilə görüş zamanı Günəşli yatağında baş verən qəza ilə bağlı həlak olmuş neftçi qardaşlarımızla bağlı xəbərə çox üzüldüklərini bildirib, onlara Allahdan rəhmət, əziz ailələrinə səbr, qardaş Azərbaycana bir daha belə acılar yaşamamasını diləyirik deyib. Belə həssas münasibət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva sevincimiz də kədərimiz də birdir inşallah bir daha millətimiz və iki qardaş dövlətimiz bir daha belə acılar yaşamasın deyib.  Görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,  qədim Sinopun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Sinopun mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Sinop bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı çox sevdiyini deyən Sinopbələdiyyə başqanı Baki Ergül Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Sinop bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Sinop ələdiyyə başqanı Baki Ergül hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın Sinopda Azərbaycan küçəsi, Qarabağ parkı təkliflərini müsbət qiymətləndirdiyini deyərək bu təkliflərə mütləq baxılacağını deyib. Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Sinopun da yer alacağını bildirib və Azərbaycan insanına Sinopu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. Millət vəkili Sinop bələdiyyə başqanı Baki Ergül və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Sinop bələdiyyə başqanı Baki Ergül Azərbaycana məmuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, Türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sinop bələdiyyə başqanı Baki Ergülə həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” , “Karabağ  hikayeleri” kitablarıını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. O da millət vəkilinə qədim Sinopun  tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.

Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR