Qənirə Paşayeva seçiciləri qəbul edib, onların problemlərini dinləyib

Qənirə Paşayeva seçiciləri qəbul edib, onların problemlərini dinləyib

Millət vəkili Q.Paşayeva seçiciləri qəbul edib,problemlərini dinləyib və həlli istiqamətində qurumlarla müzakirələr aparıb.

Milli Məclisdə seçiciləri qəbul edən millət vəkili Q.Paşayeva onların qayğı və problemləri ilə maraqlanıb. Bəzi xəstələrin müraciəti ilə bağlı Q.Paşayeva onların yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyinə müraciət edərək onların probleminin həllinə çalışıb. Seçicilər deputatla görüşdə əsasən ünvanlı sosial yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı, təhsil, səhiyyə, ilə bağlı fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Bir sıra sakinlər banklarla bağlı yaranmış problemləri, kreditlərinin ödənməsində yaranan ciddi çətinliklər barədə də millət vəkilinə müraciət edərək məsələnin həllində dəstək göstərilməsini xahiş ediblər. Qəbula gələnlər arasında bank sektorunda ixtisara düşmüş, işini itirmiş insanlar millət vəkilini çox narahat edib. Eyni zamanda məhkəmələr və məhkəmə qərarlarının icrasının ləngiməsi ilə də bağlı millət vəkilinə bir sıra müraciətlər olub.
Millət vəkili Q. Paşayeva müvafiq qurumlara müraciət edərək getdikcə daha da ciddi problem halını alan bu problemin həllində onları ciddi addımlar atmağa çağırıb. Sonsuzluqdan əziyyət çəkən bəzi ailələr millət vəkilindən tibbin yeniliklərindən yararlanmaqla övlad sahibi ola biləcəklərini deyərək bu sahədə tibb müəsisələrində əməliyyatların çox bahalığından şikayətləniblər və dəstək istəyiblər. Deputat bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərin həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Seçiciləri ilə görüşdə Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR