Qənirə Paşayeva seçiciləri ilə görüşdü - Fotolar

Qənirə Paşayeva seçiciləri ilə görüşdü   - Fotolar

Bu gün millət vəkili Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Əyyublu kəndində seçicilərlə görüşüb və onlarla fikir mübadiləsi aparıb.

Q.Paşayeva ölkənin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb. Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb və sualları cavablandırıb, sakinlərin özəlliklə kənd təsərrüfatı sahəsi ilə bağlı, əkin və içməli su ilə kəndin təminatının daha da yaxşılaşdırılması istiqamətində təkliflərini dinləyib və onları büdcə müzakirələri zamanı hökumət üzvlərinin diqqətinə çatdıracağını bildirib. Əyyublu sakinləri, seçiciləri çıxış edərək bildiriblər ki, millət vəkili Qənirə Paşayevaya etimadları tamdır, çünki o 10 illik deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önəmli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Eyni zamanda Milli Məclisdə, beynəlxalq platformalarda onların səsi olaraq layiqli şəkildə təmsil edib. Görüşdə xüsusilə fəallıq nümayiş etdirən qadınlar Qənirə Paşayevanın qadınlarla, ailələrlə bağlı ortaya çıxan problem və məsələlərin həllində daim onların yanında olduğunu vurğulayıblar. Əyyublu seçiciləri Qənirə Paşayeva ilə görüşün sonunda siz hər zaman bizim yanımızda olduğunuz kimi biz də sizin yanınızdayıq deyiblər. Millət vəkili kənddə müəyyən problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə aparıb və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görülüb.

Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR