Qənirə Paşayeva: Rayonlarda narazılıq işsizliklə bağlıdır

Qənirə Paşayeva:   Rayonlarda narazılıq işsizliklə bağlıdır

Rayonlarda insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır.

Cənab Prezident Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələdən çıxış yollarına xüsusi toxundu və tapşırıqlar verdi. İndi yerlərdə o tapşırıqları ciddi şəkildə əməl etmək lazımdır. 1-cisi imkanı olub sərmayə qoymaq,hətta kiçik də olsa bir işyeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, dövlət qurumları ciddi şəkildə dəstək olmalıdır. Artıq bu istqamətdə süni əngəllər tamamilə yığışdırılmalı, əməl etməyənlər ciddi şəkildə cəzalandırılmalıdır.

Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. 2-ci məsələyə cənab Prezident iclasda da toxunaraq " Rayonlarda sənaye zonalarının yaradılması ilə bağlı mən artıq bir neçə dəfədir ki, məsələ qaldırıram. Ancaq indi bir pilot layihəsi icra edilir, Neftçala rayonunda. Başqa rayonlarda niyə bunlar icra edilmir?

Çünki biganəlik göstərirlər, buna yol vermək olmaz. Ona görə, hər bir icra başçısının vəzifəsi bundan ibarətdir. Kim bu vəzifənin öhdəsindən gələ bilmirsə işdən kənarlaşdırılacaq"- dedi. Rayonlarda bir çox icra qurumları artıq anlamalıdırlar ki, bu istqamətdə daha çox fəallıq etmək, təəbbüsləri daha çox dəstəkləmək və heç bir təmənna olmadan daha çox dəstək göstərmək və süni əngəlllərə yol verməmək lazımdır. Çünki bu gun ən önəmli məsələlərdən biri daha çox insanı işlə təmin edə bilməkdir ki, bununda yolu azad biznes mühiti, rəqabət və süni maneələrə yo vermədən təşəbbüslərin yerlərdə dəstəklənməsindən və buna mane olanların ciddi cəzalandırılmasından keçir.

Ümidvaram ki, cənab Prezidentin bu isqatimətdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi xəbərdarlıqlar və verdiyi tapşırıqlar qısa zamanda həllini tapacaq və bu bölgələrdə yeni iş yerlərinin artmasına da öz müsbət təsirini göstərə biləcək. Bu məsələdə başqa çıxış yolunun olmadığını bölgədə yerli qurumlar ciddi anlamalıdırlar.

Aktual.az

Xəbər 793 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR