Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüş keçirib

Qənirə Paşayeva ön cəbhədə əsgərlərlə görüş keçirib

Ermənistanla ən ön cəbhədə yerləşən əsgərlərlə görüş keçirilib.
Aktual.az xəbər verir ki, əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:"Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək. Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər." - millət vəkili deyib. Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və əsgər və zabit heyəti ilə gözəl söhbətlər ediblər. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilmiş və onlarla gözəl söhbətlər aparılmışdır. Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib. Azərbaycanın tanınmış aparıcısı Samir Bayramov, gənc tanınmış sənətçisi Əbdül Xalid və bir sıra sənətkarlar əsgər və hərbiçilərimiz üçün gözəl bir gün yaşadıblar. Hərbi hissənin rəhbərliyi və millət vəkili Qənirə Paşayeva Azərbaycanın tanınmış aparıcısı Samir Bayramova və gənc tanınmış sənətçisi Əbdül Xalidə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Onlar Azərbaycan əsgərinin formasını geyinərək “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanımizin ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyiblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər. Daha sonra əsgərlər üçün konsert proqramı verilib.

Aktual.az

Xəbər 1802 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR